Alyaskada təyyarə radarlardan itdi

Göyərtəsində on nəfərin olduğu təyyarə ABŞ-nin Alyaska ştatı üzərində radarlardan itib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bering Air” təyyarəsi Unalakleetdən Nomeyə uçurmuş. Təyyarədə doqquz sərnişin və bir pilot var.

“Hava şəraiti və görmə qabiliyyətinə görə, hazırda hava axtarışlarımız məhduddur”, – deyə Nome Könüllü Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

Təyyarənin radarlardan itməsinə nəyin səbəb olduğu hələlik məlum deyil.