Xalq artisti Amaliya Pənahovanın oğlu İlqar Muxtarov anasına göstərilən diqqətə görə ölkə prezidentinə minnətdarlıq edib.
Yenicag.az xəbər verir ki, oğlu anasının qurub yaratdığı teatrın fəaliyyətini davam etdirəcəyini deyib:
“Bələdiyyə Teatrı gələcəkdə də öz tamaşalarını göstərəcək və anamın adını yaşadacaq”.
Qeyd edək ki, aktrisanın oğlu Azərbaycan Respublikasının Meksika Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.
Cəvahir