“Amazon” “ağıllı” hipermarketlər şəbəkəsi yaradır: İnsan əməyi olmayacaq

“Amazon” şirkəti “Amazon Go” supermarketlərində mövcud olan kompüter görmə texnologiyasını böyük mağazalarda tətbiq etməyi planlaşdırır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bununla da şirkət yaxın gələcəkdə “Amazon”a məxsus bütün mağazalarda kassa, kassir və növbələri aradan aldırmağıplanlayır.

İnsanlar sadəcə lazımi məhsulları götürüb marketi tərk edəcək: sistem avtomatik qaydada alış-verişin məbləğini onların hesabından çıxacaq.

Qeyd edək ki, “Amazon” 2018-ci ilin əvvəlində Siyetldə “Amazon Go” adlı ilk tamamilə avtomatlaşdırılmış mağazasını açıb.

COP29