!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Amazon”da ən çox satılan kitab bu oldu

!Reklam – Yazi

“CNN Business”in məlumatına görə, Mişel Obamanın “Təşəkkül” (“Becoming”) kitabı nəinki ötən ilin ən çox satılan kitabı, həm də son on ilin ən populyar nəşrlərdən biri olub.

Yenicag.az xəbər verir ki, Amerikanın keçmiş birinci xanımının insanı ruhlandıran memuarları satışa iki aydan bir qədər əvvəl çıxarılıb, lakin “Amazon”da ən çox satılan kitabların daim yenilənən siyahısında birinciliyini indiyədək qoruyub saxlayır. “Amazon”dan bildiriblər ki, “Təşəkkül” 2012-ci ildə “Boz rəngin əlli çaları” çapdan çıxan vaxtdan etibarən bütün kitablardan daha uzun müddət satışların lideri olub.

“Təşəkkül” noyabrın 13-də nəşr olunub. Satışını maksimuma çatdırmaq üçün məxsusi olaraq bayramqabağı günlərdə satışa çıxarılıb. Mişel Obamanın memuarları 2018-ci ildə Trampla bağlı olan “Rusiyanın aldanması”, “Od və qəzəb” kimi nəşrlər satışa buraxılandan sonra bir neçə həftə ərzində onları kölgədə qoyub./AZƏRTAC/

www.yenicag.az

10682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv