“Amazon” 18 mindən çox insanı işdən çıxarır.
Yenicag.az xəbər verir ki, şirkətin Baş direktoru Endi Cessi xərclərin azaldılması üçün bu qərara gəlindiyini bildirib.
Baş direktor ixtisara düşən işçilərə yanvarın 18-dən etibarən məlumat veriləcəyini qeyd edib.
İxtisarlar şirkətin təxminən 300.000 korporativ işçi qüvvəsinin təxminən 6 faizini əhatə edəcək.
Qeyd edək ki, noyabr ayında “Amazon” bir sıra ixtisarlara başladığını söyləyib, lakin nə qədər işdən çıxarılacağına dair bir rəqəm verməyib.