“Amazon”un qurucusu boşanır: Cütlük açıqladı

“Amazon”un qurucusu və direktoru Jeff Bezos və Makenzi Bezos cütlüyü boşanır.

Yenicag.az xəbər verir ki,bu barədə cütlük rəsmi “Twitter” səhifələrində məlumat paylaşıb.

“Bir neçə müddətdir aramızdakı sevgini yenidən alovlandırmaq və ya ayrılmaq cəhdlərinin ardından boşanmağı, bundan sonra dost münasibətlərdə həyatımıza davam etməyi qərara aldıq. Bir-birimizi sevdiyimiz, evləndiyimiz üçün özümüzü şanslı sayırıq. 25 il sonra ayrılacağımızı bilsəydik, yenə də evlilik qərarından dönməzdik” – deyə cütlük ortaq paylaşım edib.

Qeyd edək ki, cütlük 1993-cü ildə evlənib və 4 uşaq sahibidir. Jeff Bezosun 54, Makenzi Bezosun isə 48 yaşı var. “Forbes” jurnalı əvvəlki reytinq sıralamasında 160 milyard dollarlıq sərvətlə Jeff Bezosu dünyanın ən zəngin adamı kimi qiymətləndirib.

COP29