AMB-də HƏRRAC: Banklar yenə dollar almadı

26 yanvar 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilməyib.

Yenicag.az xəbər verir ki, hərracda banklar tərəfindən ikinci dəfə sifariş təqdim edilməyib.

Qeyd edək ki, yanvarın 24-də keçirilən valyuta hərracında da banklar Mərkəzi Bankdan dollar sifariş etməmişdilər.