!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AMB-nin daha bir departamentinin adı dəyişdirildi - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Mərkəzi Bankının (AMB) “Korporativ İdarəetmə Departamenti”nin adı “Korporativ idarəetmə və katiblik departamenti”nə dəyişdirilib. 

Yenicag.az bu barədə quruma istinadən xəbər verir.

Bundan başqa, AMB-nin Maliyyə Monitorinqi Bölməsinin bazasında Maliyyə Monitorinqi Departamenti, əlavə olaraq Strateji və Layihə İdarəetməsi departamenti və Rezolyusiya şöbəsi yaradılıb.

Məlumata görə, indiyə Korporativ İdarəetmə Departamentinə rəhbərlik edən Arif Şirəliyev vəzifəsindən azad edilərək Strateji və Layihə İdarəetməsi departamentinin rəhbəri təyin olunub.

Yeni binanın tikintisi şöbəsi, Lisenziyalaşdırma şöbəsi, İnformasiya və kibertəhlükəsizlik şöbəsi və Əməliyyat riskləri şöbəsidir.

Onlardan ikisinin rəhbərliyinə təyinat olub. Belə ki, İnformasiya və kibertəhlükəsizlik şöbəsinə Elvin Şahverdiyev, Lisenziyalaşdırma şöbəsinə isə Elnur Allahverdiyev rəis təyin edilib.

 

***14:20

 

Azərbaycan Mərkəzi Bankının (AMB) “Kapital bazarına nəzarət departamenti”nin adı “Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti”nə dəyişdirilib.

Yenicag.az bu barədə quruma istinadən xəbər verir.

Xatırladaq ki, bundan əvvəl AMB-nin “İnzibati departament”inin və “Sığorta fəaliyyətinə nəzarəti departamenti”nin adı müvafiq olaraq “İnzibati və satınalmalar departamenti”nə və “Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamenti”nə dəyişdirilib.

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv