Azərbaycan Mərkəzi Bankına yeni sədrin təyin edilməsinin ardınca qurumun İdarə Heyətinin (İH) yenidən formalaşdırılacağı gözlənilir.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, İH-nin 3 üzvünün səlahiyyət müddəti ötən ay başa çatıb.
Belə ki, Alim Quliyev, Vadim Xubanov və Aftandil Quliyev sonuncu dəfə 2017–ci ilin mart ayında Milli Məclisin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçiliblər.