AMB notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

6 və 7 noyabr 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə Yenicag.az Bakı Fond Birjasına istinadən xəbər verir.

Məlumata görə, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Notun müddəti (gün) İSİN Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat) Nominal Miqdar Notun ödəniş tarixi
28 AZ2351024701 06.11.2024 2.000.000 100.000 20 04.12.2024
84 AZ2352024700 07.11.2024 2.000.000 100.000 20 30.01.2025
168 AZ2353024709 06.11.2024 2.000.000 100.000 20 23.04.2025
252 AZ2354024708 07.11.2024 2.000.000 100.000 20 17.07.2025

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcək.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.

COP29