Ambulans işçiləri evli qadına təcavüz etdi – KABUS KİMİ GECƏ

Hindistanda dəhşətli hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, ölkənin Jaipur şəhərində ambulans işçiləri 22 yaşlı qadına təcavüz edib.

Belə ki, gecə yol ilə gedən qadın ambulansı görərək yardım istəyib. Ona kömək edəcəklərini deyən ambulansın sürücüsü və xəstəxana işçisi qadını maşına dəvət edib. Hər şeydən xəbərsiz ambulansa əyləşən qadın qısa zaman sonra həyatının kabusunu yaşayıb. Ac olduğunu bildirən qadına kömək edəcəklərini deyən şəxslər maşını şəhər kənarında boş əraziyə sürüb və qadına təcavüz ediblər.

Sağlıq müayinəsindən sonra təcavüz olunduğu sübut olunub. Qadın polisə müraciət edərək şikayətçi olub. Şüphəli şəxslər tutulub.

Qeyd edək ki, Hindistan təcavüz hallarının yüksək olduğu ölkələr arasında ən üst sıralardadır. Ölkədə hər 15 dəqiqədən bir təcavüz hadisəsinə rast gəlinir.

Xatırladaq ki, keçən il 6 yaşındakı qız təcavüzə uğradıqdan 10 gün sonra xəstəxanada həyatını itirmişdi. Ailəsi qızlarının cəsədini küçəyə çıxararaq protesto etmişdilər.

Natavan Abbaslı