AMEA bu ölkələrin akademiyaları ilə əməkdaşlığa başlayır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) gələn il Malayziya və Sinqapur akademiyaları ilə əlaqələr quracaq.

Bu barədə Yenicag.az AMEA-dan məlumat əldə edib.

Bildirilib ki, bununla bağlı artıq AMEA prezidenti İsa Həbibbəyli müvafiq qərar verib.

Qərara uyğun olaraq, AMEA qeyd edilən ölkələrin akademiyaları ilə əməkdaşlığa başlayacaq.