Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AMEA-da kadr dəyişikliyi - Ramiz Mehdiyev Yaqub Mahmudovu işdən çıxardı - YENİLƏNDİ

18:00

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub.

AMEA-dan Yenicag.az-a verilən məlumata görə, akademik Y.Mahmudov öz ərizəsi ilə işdən azad edilib. O, AMEA prezidentinin müşaviri təyin edilib.

Bundan başqa, akademik Arif Həşimov Fizika İnstitutunun baş direktoru, fizika üzrə elmlər doktoru Anar Rüstəmov institutun icraçı direktoru, akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutuna baş direktor, AMEA müxbir üzvü Əminağa Sadıqov isə icraçı direktor təyin edilib.

***

23:15

AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

O.Səmədovla yanaşı, institutun ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov da vəzifədən azad olunub. Sözügedən şəxslər işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifədən çıxarılıblar.

Oqtay Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin müəssisənin bir sıra əməkdaşı barəsində əmək intizamı tədbirləri görülüb.

Loading...

www.yenicag.az

3373