AMEA-da yanğın – FOTOLAR / YENİLƏNDİ

Xəbər verdiyimiz, kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda yanğın baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Sonradan yanğınla bağlı ciddi təhlükənin olmadığı aydınlaşdırılıb və yanğınsöndürən maşınlardan 2-si geri qayıdıb. Digər yanğınsöndürənlər isə mümkün təhlükə ilə bağlı yoxlama aparıblar.

***

19:52

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda yanğın baş verib.

Yenicag.az-ın hadisə yerində olan müxbirinin xəbərinə görə, hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Əlavə məlumat veriləcək.