AMEA-da yeni kadr TƏYİNATLARI

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları olub.

Yenicag.az xəbər verir ki, aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Şükürov AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Quba bölgə təcrübə bazasının direktoru təyin edilib.

Bundan başqa, AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi rəhbərinin vəzifə səlahiyyətlərinin icrası AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevə həvalə olunub./Report/