Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AMEA-da YENİ ŞÖBƏ: “Ramiz Mehdiyev siyasi üsyan ocağı yaradıb” - Partiya sədrindən SƏRT İTTİHAM

Reklam: Sinerji Pro

“Bu addım hələ də Ramiz Mehdiyevin təsir dairəsində olan partiyalara verilən bir mesajdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Elmlər Akademiyasında (AMEA) Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsinin yaradılmasına münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Tural Abbaslının sözlərinə görə, AMEA-da yaradılan yeni şöbə qurumun prezidenti Ramiz Mehdiyevin siyasi üsyan üçün qərargahdır:

“Ramiz Mehdiyev AMEA-nı dövlətə, dövlətçiliyə qarşı mübarizə qərargahı elan edir və bunu açıq şəkildə bildirməkdən çəkinmir. Ramiz Mehdiyev paralel struktirlar yaradır. Bir də görəcəyik ki, AMEA daxilində Dövlət Təhlükəsizliyi Xİdmətinın tarixi şöbəsi də yaradılacaq. Bunu əminliklə deyirəm.

Adam dövlət içində “paralel dövlət” qurur, siyasi üsyan ocağı yaradıb. Yaşı-başı öz əməllərini obyektiv qiymətləndirməyə imkan verməyən bu qocanı durdurmaq zamanıdır. Dövlət bununla bağlı konkret addımlar atmalıdır. Ramiz Mehdiyevin niyyətlərini bir kənara qoyuram, bu günə qədər törətdiyi əməllərə görə o, cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Partiya sədri nin fikrincə, yaranan şöbədə partiyaların tarixinin araşdırılmasından söhbət gedə bilməz:

“Bu addım hələ də Ramiz Mehdiyevin təsir dairəsində olan partiyalara verilən bir mesajdır. Demək istəyir, elə bilməyin ki, mən sizi unutmuşam, sizi sahibsiz qoymuşam. Buradayam, sağam, diriyəm, hətta sizinlə işləmək üçün şöbə də yaratmışam. Dövlət tərəfindən buna adekvat cavab verilməlidir”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

258
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100