AMEA-dan bakalavrlara XƏBƏRDARLIQ

Azərbaycan Milli Elmlər Akademiyası 2019-2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlara xəbərdarlıqla müraciət edib.

Akademiyadan Yenicag.az-a verilən məlumata görə, AMEA-nın magistraturasına qəbul olmuş bakalavrlar akademiyada qeydiyyatdan keçməlidirlər.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı iyun ayının 27-dən iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsində aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.