AMEA-nın Nizamnamə Komissiyasının sədri dəyişdi

AMEA-nın Nizamnamə Komissiyasının sədri dəyişib.

Yenicag.az xəbər verir ki, komissiyanın yeni sədri AMEA-nın I vitse-prezidenti Arif Həşimov seçilib.

Həmçinin komissiyanın tərkibi təsdiqlənib.

Qeyd edək ki, 2013-cü ildən bəri komissiyaya İsa Həbibbəyli rəhbərlik edib.