!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlandı

!Reklam – Yazi

Şamaxı Rayon Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən rəsədxananın ərazisində yerləşən “Kainat” restoran-hotelin administratoru Kənan Mustafayev barəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az Publika.az-a istinadən xəbər verir ki, hakim Natiq İsmayılovun sədrliyi ilə keçirilən prosesin yekununda Şamaxı rayonu Sis kənd sakini, 1991-ci il təvəllüdlü Kənan Mustafayev nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib.

Məhkəmədə məlum olub ki, Kənan AMEA-ya məxsus olan və rəsmi qaydada çalışdığı restoran-hotelin kotteclərindən birini fahişəliklə məşğul edilməsi üçün bir gecəlik 150 manata icarəyə verib. Bu il 4 iyun tarixində polis əməkdaşları qeyd edilən obyektdə əməliyyat keçiriblər və ikimərtəbəli kottecdə əxlaqsızlıq yuvasının təşkil edildiyini müəyyən ediblər.

www.yenicag.az

767
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv