Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.
Yenicag.az xəbər verir ki, toplantı dekabrın 28-i saat 11.00-da başlayacaq. İclasda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq.
Yığıncaqda həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.
Bundan başqa, akademiyanın 2 birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək.