!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AMEA-nın vitse-prezidenti məlum oldu - Nəticələr açıqlandı

!Reklam – Yazi

AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb.

AMEA-dan verilən məlumata görə, AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən elmi və ali təhsil müəssisələri tərəfindən AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülmüşdü.

AMEA-nın mayın 2-də keçirilən ümumi yığıncağında AMEA-nın həqiqi üzvlüyünə 16, müxbir üzvlüyünə isə 25 nəfər seçilib.

Bu gün, həmçinin AMEA-nın vitse-prezidenti və qurumun İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə görə, AMEA-nın vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinə akademik Nərgiz Axundova, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə isə akademik Nazim Məmmədov seçilib.

Yeniçağ.az

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv