Amerika erməniləri Sarkisyanın istefasını tələb edirlər

sargsyanABŞ-da yaşayan ermənilər Ermənistan prezidenti Serj Sarkisyana qarşı aksiya keçiriblər.

Yenicag.az “Virtualaz”-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Los-Ancelesdə Ermənistan konsulluğunun binası qarşısına toplaşaraq, “Sasna Tsrer” üsyançı qrupuna dəstək nümayiş etdiriblər.

Erməni diasporunun nümayəndələri Serj Sarkisyanın dərhal istefaya getməsini və siyasi repressiyaların dayandırılmasını tələb ediblər.

Yenicag.az

COP29