Amerika iç üzünü açır: Terrorizmə dəstək verən məhbus Ağ Evdə qarşılanacaq

Keşiş Endryu Branson Ağ Evdə qarşılanacaq.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp şəxsən məlumat verib.

“Yaxşı bir xəbərimiz var. Bildiyimə görə, vəziyyəti yaxşıdır. Böyük bir ehtimalla sənədlərinin hazırlanmasına qədər Almaniyada qalacaq. Çox böyük ehtimalla şənbə günü “Oval Ofis”də olacaq”, – deyə Tramp əlavə edib.

Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. O, ötən gün İzmir məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Həşim Səhrablı

COP29