!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikalı diplomatdan müharibə anonsu: Bakı buna hazırdır?

!Reklam – Yazi

“Ermənistan və Azərbaycan arasında silahlı konfliktin yenilənməsi təhlükəsi artır”.

Bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Jamanak” qəzetinin müxbirinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda yeni müharibə Azərbaycan, Ermənistan və Rusiyada keçirilən seçkilərdən sonra baş verə bilər.

“Azərbaycan, Rusiya və Ermənistanda seçkilər başa çatdıqdan və hakimiyyətin yenidən təşkilinin tamamlanmasından sonra Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizama salması üçün imkan yarana və ya əksinə, hərbi əməliyyatlar yenilənə bilər”, – deyə, ABŞ-ın keçmiş səfiri qeyd edib.

Sabiq səfirin bu fikrini Yenicag.az-a açıqlamasında şərh edən politoloq Elşən Manafov ümumən Kozlariçin dediyi fikirlərdə həqiqətin olduğunu bildirdi:

“Sözün düzü, Kozlariçin verdiyi açıqlamaya qədər də Azərbaycanda növbədənkənar prezident seçkilərilə bağlı mülahizə verən ekspertlər də bu prosesdən sonra əslində, Qarabağ ətrafında fors-major şəraitin yarana biləcəyilə əlaqədar amilləri istisna etməyiblər. Görünür, Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya xüsusi xidmət orqanları ilə bu və ya digər münasibətləri olmamış deyil. Hər halda Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində həllində maraqlı olduğunu dəfələrlə bəyan edib. Ancaq ATƏT-in Minsk qrupu Azərbaycanın haqlı mövqeyini qulaqardına vurur. 2016-cı ilin aprel döyüşlərindən sonra məhz Rusiyanın vasitəçiliyi ilə atəşkəs müddətinin uzadılmasıyla bağlı əldə olunan razılıq həm də onu ehtiva edirdi ki, tərəflər yenə də məsələnin danışıqlar yolu ilə həllinə əvvəlki tək sadiq qalacaqlarını bəyan ediblər. Aprel döyüşləri isə göstərdi ki, Azərbaycan ordusu düşməni tam olaraq darmadağın etməyə qadir bir qüvvədir. Bütün dünya gördü ki, onların müdaxilə etməyəcəyi təqdirdə Azərbaycan ordusu problemi qısa zamanda həll etmək gücünə malikdir. İndiyə qədər problemin öz həllini tapmaması da məhz tərəflərin bölgədə toqquşan maraqları ilə əlaqədar olub. Bu mənada görünür ki, Rusiyanın Azərbaycana problemin danışıqlar yolu ilə həlli üçün öz mövqeyinə sadiq qalması istiqamətində müəyyən mesajları da olub. Güman edirəm ki, prezident seçkilərinin növbədənkənar keçirilməsinin mühüm səbəblərindən biri də məhz budur.

Hərbi əməliyyatların cari ilin payızında bərpa olunacağı təqdirdə də, Azərbaycan ordusunun gücü heç kimdə şübhə doğurmur. Amma Rusiyadakı ermənipərəst qüvvələrin Ermənistanın arxasında olması faktı belə bir fikri səsləndirməyə də əsas verir ki, hər halda Azərbaycanın xeyrinə olmayan fors-major şərait də yarana bilər. Məhz buna görədir ki, ABŞ belə amillərə istinad edərək, əməliyyatların bərpa olunacağı təqdirdə, əslində Azərbaycanın marağına cavab verməyən şəraitin də yarana biləcəyini istisna etməyib. Bu isə o halda baş verə bilər ki, Rusiya birbaşa Ermənistana öz hərbi kontingentilə dəstək versin.

Hər halda Azərbaycan, Rusiya və Ermənistanda keçiriləcək seçkilərlə bağlı reallıqlar hərbi əməliyyatların başlanma müddətinin bir qədər irəliyə atılmasını məcbur edir. Bu ehtimalları Azərbaycan iqtidarı da nəzərə alır. Bu kontekstdə təbii ki, Kozlariçin həmin açıqlaması diqqəti cəlb etməyə bilməzdi. Amma Kozlariç də səfir olarkən Azərbaycan dövlətinə ismarıc vermişdi ki, Bakı beynəlxalq hüquqa söykənərək, hərbi əməliyyatları bərpa etsə də, ABŞ onun üçün bu hüququ tanımayacaq. Əslində, o zaman diplomatlar Kozlariçin Azərbaycan iqtidarına barmaq silkələməsilə bağlı məsələləri də qabartmışdılar. Bir sözlə, Kozlariç daha çox erməni lobbisilə təmasda olan diplomatlardandır. Ona görə də onun açıqlamasında konyuktura olduğu kimi, hər halda bölgədəki hərbi-siyasi və seçki reallığı ilə bağlı amillər də olmamış deyil”.

ELÇİN

www.yenicag.az

4478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv