Amerikalı həmsədrdən növbəti Qarabağ açıqlaması

“Mən və ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 9-da verilən bəyanata sadiqik”.

Bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı müvəqqəti həmsədri Riçard Xoqland “news.am” saytına açıqlamasında deyib.

“Biz beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, xüsusi ilə ərazi bütövlüyü, öz müqqədəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanan uzunmüddətli tənzimlənməyə yönəlmiş danışıqları təmin etmək üçün səylərimizi davam etdirəcəyik. Biz sülh yolu ilə nizamlanma işində vasitəçilik səylərimizi tərəflər bizim səylərimizin fayda verdiyinə inandıqları müddətdə davam etdirəcəyik”.

O, əlavə edib ki, region və insanlar üçün sülh və rifah gətirə biləcək ədalətli və uzunmüddətli həll üçün hər iki ölkənin liderləri siyasi iradə göstərməlidir.

Yenicag.az