“American Horror Story” serialının pərəstişkarları Kim Kardaşyanın aktrisalığını tənqid ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
“42 yaşlı Kim Kardaşyan “American Horror Story: Tender” serialının yeni sezonunda rol alıb. Serialda realiti ulduzu “Siobhan Corbyn” adlı arsız jurnalisti canlandırıb. Bununla belə, serialın pərəstişkarları Kim Kardaşyanın performansını yüksək qiymətləndirməyib, onun aktrisalıq bacarığının arzuolunmaz olduğunu bildiriblər”, – məqalədə deyilir.
Qeyd edək ki, erməni əsilli Kardaşyan Amerikada kosmetika və geyim mağazalarının sahibidir.