!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Amerikan Ulduzlar Bakıda dərs keçdilər

!Reklam – Yazi

unnamed (5)Amerikanın Matuto qrupu Səs Azərbaycan finalçıları ilə oxudu

ADDIM təşkilatı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə musiqi və əyləncə sektorunda çalışan , təhsil alan gənclər üçün təlimlər həyata keçirilib. “Musiqi Biznesinin İdarə olunması” mövzusunda keçirilən tədbir 21 sentyabr saat 13:30 da Bakı Amerika Mərkəzində təşkil olunmuşdur. Təlimlərdə təşkilatın üzvləri, layihədə tərəfdaş qismində çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin tələbələri və “Səs Azərbaycan” yarışmasının finalçıları iştirak ediblər. Layihə çərçivəsində təlimçi qismində ölkəmizə ABŞdan qastrol səfərinə gəlmiş “Matuto” qrupun üzvləri John Ross, Kevin Hamilton, Rob Curto, Aynsley Povell, Jose de Faria gənclərə musiqi biznesinin fəaliyyət istiqamətləri və idarəçiliyi mövzusunda məlumatlar verib gənclərə dünya musiqi sektoruun sirləri ilə bölüşüblər. Ustad dərslərin sonunda gənclər və amerikan musiqiçilər birgə musiqilər ifa ediblər. Matuto-nun solisti John Ros və “Səs ” yarışmasının finalçıları Tofiq Hacıyev, Ləman Dadaçova, Ruslan Alişanın birgə ” Qaytar Eşqimi” ifası xüsusi maraq doğurub. Bundan başqa təlimlərin dinləyicilərinin sertifikatlarla təltif olunmuşlar Qeyd edək ki layihədə təşkilatı dəstək qismində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də iştirak edir.

www.yenicag.az

1130
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv