ABŞ-ın Ankaradakı səfiri Con Bass Türkiyə XİN-i son dəfə ziyarət edib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, səfir nazirliyin rəsmi nümayəndəsi Ahmet Muhtar Günlə görüşüb. Vəzifə müddəti sona çatan Bass yaxın günlərdə ölkəni tərk edəcək.
Qeyd edək ki, Ərdoğan iki ölkə arasında yaranan viza böhranı ilə əlaqədar səfirin hərəkətlərini tənqid etmiş, onu ABŞ nümayəndəsi olaraq görmədiklərini bidirmişdi.