Amin Musayev də əsirlikdən qaytarıldı – FOTO

Vətən Müharibəsində Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayev əsirlikdən qaytarılıb.

Yenicag.az xəbər verir ki, Amin Musayev vətənə gətirilib, Bakıdadır.

***

21:35

Vətən Müharibəsində Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin əsirlikdən qaytarılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı Aminin ailəsi ilə əlaqə saxlayan Baku TV-nin müxbiri öyrənib ki, hələlik Musayevin ailəsində onun azad olunması ilə bağlı məlumat yoxdur.