!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AMİP sədrsiz qalıb – Hələki real namizəd də yoxdur

!Reklam – Yazi

 

amip_645Elşən Mustafayev: “Partiyaya sədr olacaq şəxs təşkilatın stajlı üzvlərindən biri olacaq”

Yusif Bağırzadənin istefasından üzü bəri AMİP hələ də sədr olmadan fəaliyyət göstərir. Partiyanın sədr seçkisilə bağlı keçiriləcək qurultayının vaxtı də hələlik bəlli deyil.

Bu istiqamətdə məsələnin nə yerdə olduğunu öyrənmək üçün Yenicag.az olaraq AMİP sədrinin  beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayevə müraciət etdik. O, hələlik tarixi bəlli olmayan keçirilməsi gözlənilən növbəti qurultayda bu sahədə Azərbaycan üzrə ilkə imza atacaqlarını bəyan etdi:

“Partiyanın qurultayının keçirilməsi istiqamətində görüləsi işlərlə bağlı məsələlər Mərkəzi Şurada qərara alınıb. Qurultaya hazırlığı yekunlaşdırmaq  üzrəyik. Bir neçə loqistik işlər görülüb yekunlaşandan sonra, qurultayın çağırılması ilə bağlı Mərkəzi Şura içlas keçirərək, qurultayın günü və keçirəcəyi yeri müəyyənləşdirəcək. Çalışırıq ki, bu ilin birinci yarısına qədər məsələni yekunlaşdıraq.  İyula qədər məsələnin həll edilməsi üzərində işləyirik. Azərbaycanın bütün regionlardan qurultaya nümayəndələr seçilir. Onların Bakıya gəlməsi, azı iki gün burada qalması kimi məsələlər də hazırlıq işlərinin detallı işlənilməsini tələb edir. Eyni zamanda, partiyanın qurultayına əməkdaşlıq etdiyimiz  xarici partiyalardan olan nümayəndələri də qonaq kimi dəvət etməyi planlaşdırırıq. Bununla bağlı ilkin razılaşmalar da var. Eyni zamanda, əməkdaşlıq etdiyimiz Avropa Xalq Partiyasından nümayəndələr də qurultaya dəvət olunacaqlar. Partiyanın indiki rəhbərliyi arasında təşkilata sədrlik etmək iqtidarında olan kadrlarımız var. Sözsüz ki, partiyanın yazılmamış qanunlarına görə, qurultay günü təyin olunandan sonra artıq sədrliyə iddiaçı namizədlər iddialarını ortaya qoyacaqlar. Partiyaya sədr olacaq şəxs təşkilatın stajlı üzvlərindən biri olacaq”.

ELÇİN

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv