Amir SMA xəstəliyindən sağaldı – FOTO

SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün 3 milyon 672 min manat ianənin toplanması barədə məlumat vermişdik. 

Yenicag.az xəbər verir ki, artıq azyaşlı SMA xəstəliyinə qalib gələrək sağlamlığına qovuşub. Ona xəstəliyin müalicəsi üçün qiyməti 2 milyon 200 min dollar olan “Zolgensma” iynəsi vurulub.

Amir ötən gün xeyirxah insanların ianələri əsasında SMA xəstəliyinə qalib gələn digər körpə – 2 yaşlı Adnan Mahmudla görüşüb. Bu barədə A. Tağıyevin instaqram səhifəsində foto paylaşılıb.