!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Amma rəhmətlik Murtuz Ələsgərovla diskussiya edəndə heç vaxt…” – Zahid Oruc

!Reklam – Yazi

imageParlamentin yay tətilindən əvəlki son iclasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında gərgin anlar yaşandı. Oqtay Əsədov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputata mövzuya uyğun fikri bildirmədiyini irad tutub, Z.Oruc isə yerindən danışaraq ona cavab qaytarıb.

Baş verənlərdən sonra O. Əsədov Zahid Orucun Milli Məclisdəki davranışının araşdırılması və ölçü götürülməsi üçün İntizam Komissiyasının sədri Ağacan Abiyevə tapşırıq verib.

A.Abiyev “Zahid Oruc kimi cavan deputat bu amilləri nəzərə alaraq, Oqtay Əsədovla söz güləşdirməməli, elə reaksiya verməməli idi” deyərək Komissiyada məsələyə baxılacağını qeyd edib.

Baş verənlərlə bağlı deputat Zahid Oruc da Modern.az saytına açıqlama verib və narahatçılıq üçün əsasın olmadığını bildirib: “İstənilən məsələyə baxmaq İntizam Komissiyasının hüququdur. Hamının fikrinə hörmətlə yanaşıram. Hər kəs şahiddir, parlament üzvü kimi məsələyə münasibətdə öz düşüncələrimi bölüşdüm. Əgər mənim davranışımda neqativliyə yol verilibsə, buna cavab verməyə hazıram. Məni tanıyanlar bilir ki, istər media ilə münasibətlərimdə, istərsə də 15 illik parlament fəaliyyətimdə heç vaxt qeyri-etik davranışlar göstərməmişəm, mənim leksikonumda təhqir yoxdur”.
Z.Oruc deyib ki, heç kim bu məsələdə onu günahlandıra bilməz: “Çox yaxşı xatırlayıram ki, rəhmətlik Murtuz Ələsgərovla diskussiya şəraitində olan zaman heç vaxt komissiya dinləmələrinə ehtiyac duyulmurdu. Amma olsun, heç bir problem yoxdur, hər kəsə hörmətlə yanaşıram. Əgər Ağacan müəllim deyibsə ki, baxılacaq, baxılsın, heç bir problem yoxdur”.

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv