Amnistiya Aktının icrasına başlanıldı

8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktının icrasına başlanılıb.

Bu barədə Yenicag.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda aktının tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir: “Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masa da keçiriləcək”.