!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin qurultayı keçirilir - FOTOLAR - Yenilənir

!Reklam – Yazi

Niderland Krallığının paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayı başlayıb.

Yenicag.az xəbər verir ki, qurultayda Azərbaycan prezidentinin İctimai məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, AAK prezidenti Sahil Qasımov, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, ictimai-siyasi xadimlər, Avropa ölkələrindəki diaspor nümayəndələri, Azərbaycanın bir sıra aparıcı KİV rəhbərləri və digər qonaqlar iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışı zamanı prezident İlham Əliyevin və Azərbaycan dövlətinin xaricdəki diaspor nümayəndələrinə diqqət və qayğısından, ölkə həqiqətlərinin dünyada daha intensiv təbliğindən danışıb.

Sonra Ə. Həsənov və N. İbrahimov Azərbaycan prezidentinin təltif etdiyi şəxslərə mükafatları təqdim ediblər.

Qurultay çıxışlar və panellər üzrə davam edəcək. Qurultayda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 31 Mart-azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlər müzakirə olunacaq, qurultayın idarə heyətinin hesabatı dinləniləcək, o cümlədən “Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” adlı panel təşkil olacaq. Paneldə Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər də iştirak edəcək.

Avropa Azərbaycanlıları Konqresinin

(növbədənkənar) VI Qurultayının 

və Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş  tədbirin

PROQRAMI

Amsterdam 26-27 fevral 

Avropa Azərbaycanlıları Konqresinin  (növbədənkənar) VI Qurultayının və

Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş  tədbirin

PROQRAMI

Niderland Krallığı,                                                                           26-27 fevral 2018-ci il

Amsterdam şəhəri

 

Bazar ertəsi 26 fevral 2018-ci il 

Gün ərzində                 Qurultay nümayəndələri və qonaqların oteldə yerləşdirilməsi

17:30-19:00                   Oteldə şam yeməyi

20:00                             Amsterdam şəhərində “De Rode Hoed (The Red Hat)” Mərkəzində  simfonik orkestrin iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə  həsr edilmiş rekviem

Çərşənbə axşamı 27 fevral 2018-ci il 

10:00-10:45                 Qurultayın rəsmi açılış mərasimi

10:45-10:55                   Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin

hesabatı

10:55-11:10                   Mandat Komissiyasının məlumatı

11:10-11:30                   Kofe fasilə

11:30-12:30                  I PANEL İCLASI: Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin qeyd edilməsi ilə əlaqədar, Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi

Moderator: Samira Patzer-İsmayılova, Avropa Azərbaycanlıları Konqresinin fəxri Prezidenti, AAK-ın İcraiyyə Komitəsinin üzvü

Spikerlər:

  • Arzu Oqtay, Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri
  • Səfər Qaraqoyunlu, AAK-ın İcraiyyə Komitəsinin üzvü, İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyinin sədri
  • Tənzilə Rüstəmxanlı, Azəri-Türk Qadınlar Birliyinin sədri
  • Zərifə Əlizadə, Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri

12:30-13:30             II PANEL İCLASI: “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avropa ölkələrində 1918-ci il 31 mart azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi

Moderator: Mirvari Fətəliyeva, AAK-ın İcraiyyə Komitəsinin üzvü, Paris Azərbaycan Evinin rəhbəri

Spikerlər:

  • Rövşən Tağıyev, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri
  • Başar Kömür, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri
  • Nail Məmmədzadə, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri

14:30-15:30                III PANEL İCLASI “Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” (KİV və diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə) 

Moderator: Azər Həsrət, Azərbaycan Respublikası Mətbuat Şurasının İdarə heyətinin üzvü

Spikerlər:

  • Vusale Mahirqizi, APA Holdinqin prezidenti
  • Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru
  • Aynur Quliyeva, “Gündəlik Teleqraf” MMC-nin rəhbəri
  • Murad Əliyev, Report informasiya agentliyinin bas direktoru

15:30-16:00                   Qurultayın sənəd layihələrinin müzakirəsi :

–    Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əlavə və

dəyişikliklər

  • Аvropa Azərbaycanlıları Konqresinin 2018-2021-ci illər üçün   Fəaliyyət  Proqramı
  • Qurultayın Qətnaməsi
  • Qurultay iştirakçılarının Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara ünvanladıqları bəyanat
  • Qurultay iştirakçılarının “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı beynəlxalq təşkilatlara müraciəti

16:00-16:30          Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanlarının yeni tərkibinin formalaşdırılması

16:30-17:00                   Qurultayın bağlanışı

www.yenicag.az

3099
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv