Amsterdamda dramatik gecə: Finalın adı “Tottenhem” – “Liverpul”

Bu gün Çempionlar Liqasında finala yüksələn ikinci komandanın adına aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, həlledici matçda “Ayaks” və “Tottenhem” komandaları  qarşılaşıb.

Amsterdamda keçirilən qarşılaşma dramatikliyi ilə yadda qalıb. İlk hissəni 2:0 öndə bitirən hollandlar üstünlüyü sona qədər qoruya bilməyib. İkinci hissədə möhtəşəm geridönüş edərək 3 qol vuran ingilislər adını finala yazdırıb – 3:2.

Qeyd edək ki,  “Tottenhem” finalda İngiltərənin digər təmsilçisi “Liverpul”la üz-üzə gələcək. Final matçı iyunun 1-də Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək.

8 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

23:00. “Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə) – 2:3
Qollar: De Liqt, 5 (1:0), Zieş, 35 (2:0), L.Moura, 55, (2:1), 59 (2:2), 90+6 (2:3)
İlk oyun – 1:0