Ana 17 yaşlı qızını güllələdi – FOTO

464823Türkiyənin Balıkəsir bölgəsinin Manyas mahalında özəl mühafizə xidmətinin işçisi, 36 yaşlı Özlem Çağlar 17 yaşlı qızı Sinem Sözeni yatdığı yerdə ov tüfəngiylə başından vuraraq öldürüb.

İkinci həyat yoldaşından altı ay əvvəl ayrılan Özlem Çağlar ilk evliliyindən olan qızı Sinem Sözen və ikinci evliliyindən olan 6 yaşındakı oğlu ilə bir müddət əvvəl atası Mustafa Çağların evinə qayıdıb.

Psixoloji müalicə alan Özlem Çağlar dünən axşam saatlarında evdə olan ov tüfəngini götürərək qızı Sinem Sözenin yatdığı otağa girib. O, silahı qızının başına söykəyib və tətiyi çəkib. Silah səsindən sonra içəriyə girən Özlem Çağların atası Mustafa Çağlar nəvəsinin al qana boyandığını görüncə, dərhal polis və təcili yardıma məlumat verib. Hadisə yerinə gələn həkimlər gənc qızın həyatını itirdiyini bildiriblər.

Özlem Çağlar isə polisə: “Siz niyə gəldiniz, onu qaldırın, işə gedəcəkdi”, – deyib. Bir aydır iş yoldaşlarına çox sıxıldığını və intihar edəcəyini söyləyən Özlem Çağlar həbs edilib.

Ana 17 yaşlı qızını yatdığı yerdə güllələdi - FOTO