Ana 3 yaşlı qızının gözü qarşısında özünü asdı – FOTOLAR

23 yaşlı qadın 3 yaşlı övladının yanında intihar edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Böyük Britaniyada baş verib. 23 yaşlı Agnieska Giza adlı qadın iş adamı olan sevgilisinin ona xəyanət etdiyini düşünüb. Belə ki, dəvətə Agnieskanı aparmayan kişi telefonunun enerjisi bitdiyinə görə sevgilisinin mesajlarına cavab verə bilməyib. Xəyanətə uğradığını düşünən gənc qadın qızının gözü qabağında özünü asıb.

Onun meyitini səhər evə gələn təmizlik işçisi aşkarlayıb. Xadimə bildirib ki, evə daxil olan kimi 3 yaşlı qızın ağladığını eşidib. Daha sonra isə uşağın yanında anasının cəsədini görüb.