Qadın tanışlıq saytları vasitəsilə müştəri axtarışı zamanı polis tərəfindən tutulub.
Yenicag.az xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatında baş verib.
44 yaşlı ana Kerri Syu öz 8 yaşlı qızını seks üçün satmağa cəhd edib və həbs edilib. Məlumatı yayan “New York Post” bildirir ki, mənfur ana “CKelly74” nik-ləqəbindən istifadə edərək, nebraskalı bir kişiyə övladını 100 dollara təklif edib.
Kişi polislə əlaqə saxlayaraq, hadisəylə bağlı məlumat verib. O, sübut üçün qanun keşikçisindən ana ilə sövdələşməni davam etməsini xahiş edib. Bu məqsədlə polisə öz nikindən istifadə etməyə icazə verib. Müştəri adından danışan qanun keşikçisi qadınla görüş barədə razılaşıb.
Nəticədə tutulan qadın öz uşağını seks üçün təklif etdiyini etiraf edib. Polis onu həbs edərək, “Qreqq” dairəsinin həbsxanasına göndərib.
Zaur H.