Hadisə Ukraynada baş verib.
Yenicag.az xəbər verir ki, sərxoş qadın körpüyə çıxaraq, körpəsini çaya atıb. Şahidlərin yardımı ilə hadisə yerinə polis çağırılıb, uşaq sudan çıxarılıb. Xəstəxanaya çatdırılan körpənin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qadın ifadəsində əri ilə mübahisə etdiyini və uşağı bu səbəbdən suya atdığını etiraf edib.
Faktla bağlı araşdırma başlayıb.