Ana doğuş zamanı öldü – Azərbaycanda

d8b2bc101c916a33243ec78a82aac51dCəlilabad Mərkəzi Rayon Xəstəxanasında gənc qadın doğuş zamanı ölüb.

Rayonun Alar kənd sakini, 20 yaşlı Xoşbəxt Fikrət qızı Həsənova ötən gün axşam saatlarında xəstəxananın doğum şöbəsinə qəbul olunub.

Doğuş zamanı körpə qeysəriyyə əməliyyatı yolu ilə ana bətnindən götürülüb. Əməliyyatdan 4 saat sonra gənc qadın ölüb. Yeni dünyaya gələn qızın vəziyyəti isə normaldır.

İlkin versiya kimi, ananın böyrəklərində problem olması bildirilir. Faktla bağlı araşdırma aparılır.