!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ana ilə oğulun “GÖZƏGÖRÜNMƏZ GÜC” planı niyə baş tutmadı?

!Reklam – Yazi

589940_24342Artıq bir neçə aydir ki, həm qardaş Türkiyədə, həm də Azərbaycanda ictimai-siyasi dairələrin, eləcə də ciddi mətbuatın gündəmindəki əsas müzakirə mövzularından birini, hətta birincisini Fətullah Gülənin “Hizmət hərəkatı” adlanan təşkilatın dövlətlər içində şəbəkələşməsi, onların gizli və “qara” niyyətləri ilə bağlı ortaya çıxan məlumatlar təşkil edir.
Bu məlumatlar “Gülən camaatı”nın artıq coxdan dini bir icma olmaqdan çıxdığını, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək, “siyasi örgütə” çevrildiyini söyləməyə əsas verir.
“Hizmət hərəkatı”nın hədəfi MİLLİ HÖKUMƏTLƏRİ ələ keçirməkdir!
Yayılan məlumatlar, aparılan təhlillər, eləcə də müşahidələr göstərir ki, Fətullah Gülənin “Hizmət hərəkatı” adlandırdğı bu “siyasi örgüt” beynalxalq miqyaslı bir təşkilat olub, arxasında Qərbin, habelə ABŞ-ın iri maliyyə çevrələri, Vaşinqtonda söz sahibi olan bəzi dairələr, o cümlədən yəhudi lobbisi dayanır.

43789_src

Əsas hədəfləri isə dünyanın 160 ölkəsində açdıqları təhsil müəssisələrində yetişdirdikləri insanları HAKİMİYYƏT başına gətirməklə MİLLİ HÖKUMƏTLƏRİ ələ keçirmək, ən azı onların vasitəsilə dövlətlər üzərində önəmli təsir rıçaqı əldə etməkdir.
Bu baxımdan Azərbaycanda da uzun illərdir təşkilatlanan, şəbəkələşən “Hizmət hərəkatı”nın əsas hədəfinin məhz HAKİMİYYƏTİ ƏLƏ KEÇİRMƏK olduğuna dair son dövrlər meydana çıxan şübhələr, məlumatlar təəccüblü sayılmamalıdır. Bu, zatən onların əsas HƏDƏFİDİR!
Azərbaycanda “Hizmət” hərakatının necə və hansı yollarla güclənməsi, böyük miqyasda şəbəkə qura bilməsi ilə bağlı təxminən bir ay əvvəl saytımızda “RƏSMİ BAKINI TƏHDİD EDƏN GÖZƏGÖRÜNMƏZ GÜC” başlıqlı geniş təhlillə çıxış etmişik. Ona görə də təkrarlamaq niyyətində deyilk.
Ancaq qeyd edək ki, ötən bir ayda ortaya çıxan məlumatlar göstərdi ki, “Hizmət hərəkatı” adlanan bu “GÖZƏGÖRÜNMƏZ GÜCÜN” Azərbaycanda öz adamlarını hansı vəzifələrə yerləşdirməsi, haraları təsir dairələrinə aldığı və ən əsası, MƏQSƏDLƏRİNİN nə olduğu barədə ölkənın xüsusi xidmət orqanları kifayət qədər geniş bilgilərə malikdir. Hansı ki, bu bilgilərin bəziləri zaman-zaman ictimaiyyətə çatdırılır…
Elnur Aslanovun başçılıq etdiyi “gülənçi” şəbəkə barədə məlumatlar haradan qaynaqlanır?
Əlbəttə, bu yaxınlara qədər Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsini tutan Elnur Aslanovun 2018-ci ilə qədər daha mühüm posta gətirilməsi planı şübhəsiz ki, bu bilgilərdən ən mühümü hesab olunmalıdır…

43790_src

Bu məlumatların Türkiyədə “Gülən camaatı” ilə Ərdoğan hökuməti arasında açıq “savaşın” başladığı son bir neçə ayda əldə edilməsi mümkünsüz görünür. Azərbaycandakı “gülənçilər”in adlarının və onların hakimiyyətin gələcəyinə dair planlarının bəzilərinin iddia edildiyi kimi, Türkiyə rəbərliyi və ya xüsusi xidmət orqanları tərəfindən Bakıya ötürüldüyü də inandırıcı deyil.
Ən azı ona görə ki, əvvəla, uzun müddət keçməsinə baxmayaraq Türkiyə hökuməti hələ də öz daxilində kimlərin “Hizmət hərəkatı”na xidmət etdiyini tam olaraq aşkarlaya bilməyib.
İkincisi, “Hizmət hərəkatı”nın əsas özəlliklərindən biri gizliliyin çox ciddi şəkildə qorunmasıdır. Elə bu gizliliyi təmin etmək üçün “Hizmət hərəkatı”nın üzvlərinə istənilən addımı atmaq, yerli hakimiyyətlərin yanında yer almaq, hətta lazım gəlsə, Fətullah Gülən əleyhinə danışmağa, bu topluma məxsus bütün dəyərlərdən imtina etməyə icazə verilir.
Təşkilatdan kimsə ifşa olunarsa, “Hizmət hərəkatı”nın ciddi ziyan görməməsi üçün Pensilvaniyaya bağlı çoxlu sayda şəbəkələr qurulur və onların biri digərindən xəbərsiz olur.
Bu baxımdan “Hizmət”in şərti olaraq Elnur Aslanovun rəhbərliyi altında qurulan şəbəkəsi və onların hədəfləri barədə məlumatların Azərbaycan xüsusi xidmət orqanları, daha dəqiq desək, Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən Türkiyədə Gülən-Ərdoğan savaşı başlamazdan öncə əldə edildiyi daha inandırıcı görünür.
Elə mötəbər mənbələrdən əldə edilən məlumatlar da bunu təsdiqləyir.
Rəbiyyət Aslanova ilə İlham Rəhimov arasındakı nikah siyasi rəhbərliyin diqqətini çəkib
Söhbət xüsusi xidmət orqanlarının “Hizmət hərəkatı”nın Azərbaycanla bağlı planları haqda məlumatları neçə əldə etməsindən gedir. Əlbəttə, bu haqda detallı bilgilər vermək mümkünsüzdür.

43791_src

Ancaq mötəbər mənbədən verilən məlumatlar şəbəkənin necə ifşa olunduğu barədə tam təsəvvür yaratmağa imkan verir.
Beləliklə, bizə verilən bilgilərə görə, hər şey Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dostu kimi tanınan iş adamı İlham Rəhimovun cəmiyyətdə dərin təəccüblə qarşılanan nikahından sonra başlayıb.
Xatırladaq ki, sözügedən izdivac 2012-ci il iyun ayının əvvəlində rasmiləşdirilmişdi.
Mənbənin sözlərinə görə, həmin vaxt yaşları 60-ı ötmüş və cəmiyyətdə kifayət qədər tanınmış bu iki şəxsin evlənməyə qərar verməsi hökumət üçün gözlənilməz olub və şübhələrə yol açıb. Mətbuatda xəbər yayılana qədər kimsə Rəbiyyət Aslanova ilə İlham Rəhimovun münasibətlərindən xəbərdar olmayıb.
Hakim komandada, eləcə də Rəbiyyət Aslanovanın təmsil olunduğu Milli Məclisdə belə hər kəs bu evlilikdən mətbuat vasitəsilə xəbər tutub.
Normal evliliyə oxşamadığından, qeyd etdiyimiz kimi, hökumətdə müəyyən şübhələr baş qaldırır və bu izdivacın pərdəarxasının öyrənilməsi üçün Milli Təhlükəsizlik Nazirliyinin qarşısında tapşırıq qoyulur.
Təbii ki, siyasi hakimiyyət bu evliliyi təsadüfi hesab etməzdi. Rusiya kimi Azərbaycanda ciddi maraqları olan bir ölkənin prezidentinin yaxın dostu ilə ölkənin siyasi elitasında təmsil olunan bir xanımın bütün qınaqları göz önünə alaraq, ahıl yaşlarında nikah masasına oturmaları sıradan bir evlilik kimi qəbul oluna bilməzdı. Həm də KRİTİK kecəcəyi əvvəlcədən məlum olan PREZİDENT seçkilərinə 1 il qalmış…
Aslanova və Rəhimovun ətrafında əməliyyat tədbirləri nələri ortaya çıxarıb?
Məhz buna görə də Rəbiyyət Aslanova və İlham Rəhimovun ətrafında əməliyyat tədbirləri həyata keçirilməyə, bu evliliyin arxasındakı sirlər araşdırılmağa başlanılır. Bu zaman adıçəkilən şəxslərin və onların yaxınlarının telefonlarının dinlənilməsindən tutmuş internet üzərindən yazışmalarına qədər bütün fəaliyyətləri nəzarətə götürülür.

43792_src

Mənbənin iddiasına görə, araşdırmalardan sonra bu evliliyin məhz Rəbiyyət Aslanovanın təşəbbüsü ilə baş tutduğu müəyyənləşır. Belə ki, tərəflər arasında sonradan evliliyə qədər gedib çıxan ünsiyyətin 2012-ci ilin əvvələrində yarandığı məlum olur. Həmin vaxtlar İlham Rəhimov Moskvada çap olunmuş “Cinayətkarlıq və cəza” kitabının təqdimat mərasiminin təşkili ilə əlaqədar (tədbir 24 fevral, 2012-ci ildə keçirilib-red.) tez-tez Bakı Dövlət Universitetində olurmuş.
Araşdımalar zamanı ortaya çıxıb ki, məhz həmin dövrdə Rəbiyyət Aslanova ilə İlham Rəhimovun ortaq tanışları olan bir xanım (BDU-da müəllimə olan həmin xanımın adı bizə məlumdur-red.) onlar arasında münasibətlərin qurulmasında fəal rol oynayıb. Təbii ki, bunu öz təşəbbüsü ilə etmir (xatırladaq ki, Rəbiyyət xanım da BDU-da kafedra müdiridir).
Münasibətləri daha da yaxınlaşdırmaq üçün Rəbiyyət Aslanovanın yaxın rəfiqəsi olan həmin müəllimənin təşəbbüsü ilə deputat xanım da daxil olmaqla 4-5 qadın bir-neçə dəfə İlham Rəhimova məxsus “Aristokrat” restoranında qonaq olur. Hətta deyilənə görə, belə ziyafətlərin birindən sonra hörmətli İlham müəllim xanımları “Aristokrat” restoranının üstündəki evinə dəvət edərək bahalı rəsm əsərlərini onlara nümayiş etdirir, özünü aristokratiyanın təmsilçisi kimi göstərməyə çalışır…
Beləliklə, bir neçə aylıq “tanışlıqdan” sonra İlham Rəhimov məhz Rəbiyyət Aslanovanın yaxın rəfiqəsi olan həmin müəllimənin təhriki ilə xanım deputata onunla evlənməyi təklif edir. Və təbii ki, razılıq alır…
Rəbiyyət Aslanova Rəhimovun vasitəsilə oğluna Moskvanın dəstəyini əldə etmək istəyib!
Məlumata görə, məhz bu evlilikdən sonra İlham Rəhimov və Rəbiyyət Aslanova ətrafında qurulan əməliyyat tədbirləri böyük bir ŞƏBƏKƏNIN aşkarlanmasına, onların yaxın və uzaq dövr üçün hədəflərinin müəyyən edilməsinə səbəb olub.

43793_src

Söhbət Elnur Aslanovun başcılıq etdiyi “Hizmət hərəkatı”nın Azərbaycandakı şəbəkəsindən gedir. Hansı ki, Rəbiyyət Aslanova da məhz oğlu Elnur Aslanovun gələcək siyasi karyerası üçün bütün qınaqları göz önünə alaraq İlham Rəhimovla nikaha girməyə razılaşıb. Daha dəqiqi, Elnur Aslanovun planlaşdırılan siyasi sıçrayışının qarşısında əsas maneə kimi görünən Moskva faktorunu neytrallaşdırmaq məqsədilə Rusiya siyasi elitası ilə yaxınlığı olan cənab Rəhimovla evlənib. Obrazlı desək, İlham Rəhimovu oğlu üçün Kremlin qapılarını açan bir açar kimi əldə etmək istəyirdi…
Təbii ki, İlham Rəhimov bütün bunlardan xəbərsiz olub. Baxmayaraq ki, heç kim bu evliliyin səmimiliyinə inanmırdı, ancaq özündənrazı insan olan Rəhimov Aslanovanın əsl niyyətini görməkdə acız idi. Hətta bəzi iddialara görə, hansı oyunun iştirakçısına çevrildiyindən xəbərsiz olan İlham Rəhimov sadəlövhcəsinə Rəbiyyət Aslanova ilə evliliyin sayəsində hakim siyasi elitaya daxil olacağı haqda gözləntilərə qapılıbmış.
Ancaq atalar yaxşı deyib ki, sən saydığını say, gör Rəbiyyət xanım nə sayır…

43794_src

Deputat xanım Putinlə ailəvi görüş arzusunda olub
Mənbə bildirir ki, oğlunun siyasi karyerası üçün İlham Rəhimovla evlənən Rəbiyyət Aslanova nikahdan sonra bu istiqamətdə fəaliyyətə başlayıb. Birinci işi Rəhimovun maddi imkanlarından müəyyən məqsədlər üçün istifadə etmək olub.

Mənbə bununla bağlı konkret bilgilər verməsə də İlham Rəhimovun Elnur Aslanovun xahişi ilə bəzi hesablara pul köçürdüyünü də istisna etmədi. Ancaq onu da əlavə edir ki, İlham Rəhimov pul məsələsində “möhkəm” olduğundan ondan istədiklərini ala bildikləri şübhə doğurur.
İkinci və ən əsas istiqamət isə İlham Rəhimovun Rusiyadakı imkanlarından yararlanmaq olub. Belə ki, evləndikdən az sonra xanım Aslanova İlham Rəhimovdan israrla xahiş edir ki, onu və oğlunu Putinlə tanış etsin.
Bizə verilən məlumata görə, ümumu tədbirlərin birində cənab Rəhimov yeni həyat yoldaşını ayaqüstü Putinə təqdim edib. Ancaq xanım Aslanova belə ayaqüstü təqdimatdan razı qalmayıb, çünki daha yaxın tanışlıq üçün “ailəvi bir görüş” arzusunda idi.
Lakin evli ilduqları qısa müddətdə – 6 ayda Rəhimov Rəbiyyət xanımın bu istəyini reallaşdıra bilməyib, ya da istəməyib.
MTN faktları “yuxarı” təqdim edir, Aslanovadan evliliyini bitirmək tələb olunur
Bu evlilikdən cəmi 2 ay sonra, yəni 2012-ci ilin avqust-sentyabr aylarında MTN həm Elnur Aslanovun nə işlər gördüyünü, hansı dairələrə bağlı olduğunu, nələri planlaşdırdığını ortaya çıxarır, həm də Rəbiyyət Aslanovanın İlham Rəhimovla evliliyinin nəyə hesablandığını müəyyən edir.

Yeri gəlmişkən, bu gün mətbuatda dərc olunan Elnur Aslanov və dostlarına aid elektron ünvanlardan götürülmüş məktubların, yazışmaların da məhz həmin vaxtlardakı əməliyyat tədbirləri nəticəsində əldə olunduğu ehtimal olunur.
Hətta bizə verilən məlumata görə, ictimaiyyətə açıqlananlar əldə olunan materialların cüzi hissəsidir. Toplanan əsas materiallar siyasi hakimiyyətə təqdim olunub. Ancaq müəyyən səbəblərdən Elnur Aslanova sədəcə xəbərdarlıq olunmaqla məsələ dondurulub.
Rəhimov formal da olsa evliliyi davam edirmək istəyir, Aslanova boşandığını elan edir
Rəbiyyət Aslanovadan isə ən qısa müddətdə İlham Rəhimovla evliliyini bitirməsi tələb olunur. Mənbənin sözlərinə görə, cəmi 3 aydan sonra Rəbiyyət Aslanova İlham Rəhimovun evindən ayrılaraq öz evinə dönür.

43795_src

Həmin ərəfələrdə tədbirlərin birində tanınmış xanım jurnalistlərdən biri ilə görüşən Rəbiyyət Aslanova “başını böyük bir bəlaya saldığını” etiraf edir. Eyni zamanda İlham Rəhimovun onun gözləntilərini doğruldan bir insan olmadığını söyləyərək ayrılmağa hazırlaşdığı mesajını verir.
Ancaq ayrılmasını rəsmiləşdirmək və bunu gənc cütlüklər kimi “xasiyyətlərində olan fərqliliklə” bağlamaq üçün ona bir neçə ay da vaxt lazım olur. Və nəhayət, 6 ay sonra – 2012-ci ilin dekabrında Aslanova bu “siyasi nikah”a son verir.
Ona görə Aslanova deyirik ki, Rəhimov 6 ay sürən bu nikahın ictimai lağ obyektinə çevriləcəyini bildiyindən formal da olsa bu evliliyi davam etdirmək istəyir. Ancaq ayrılmaq tələbi qəti olduğundan Rəbiyyət Aslanova nəinki buna razılaşır, hətta mətbuat vasitəsilə boşandığını elan edir.
6 aylıq evlilik Rəbiyyət Aslanova və oğluna baha başa gəlir
Beləliklə, Rəbiyyət Aslanova İlham Rəhimovla evlilikdən nəinki gözlədiklərini əldə edə bilir, əksinə, ciddi “yaralar” alır. Bir tərəfdən, oğlunun hakimiyyətin başı üzərindən xaricdəki bəzi dairələrlə işbirliyində olduğu ifşa olunur, digər tərəfdən də özü rəsmi Bakının yanında etibarını itirir.
Əvvəlki dövrlərdən fərqli olaraq 2013-cü il prezident seçkilərində Rəbiyyət Aslanovanın ümumiyyətlə gözə görünməməsi də bununla bağlanılır. Necə deyərlər, “qaş düzəldən yerdə gözü də vurub çıxarır”.
Bu uğursuz izdivac əlbəttə ki, İlham Rəhimova da təsirsiz ötüşmür. İctimai nüfuzu “yerlə bir olan” hüquq professoru “qurban” olmasına baxmayaraq üstəlik hakimiyyətin də qəzəbinə tuş gəlir. Ona qarşı müxtəlif istiqamətlərdən hücumlar başlanır.
Elnur Aslanovun başçılıq etdiyi “gülənçi” şəbəkəyə niyə indiyədək toxunulmayıb?

Təxminən il yarım əvvəl qeydə alınan bu hadisələr nəticəsində Türkiyə hökumətinin başına oyunlar açan “Hizmət hərəkatı”nın Bakıdakı şəbəkəsi yenə də Ərdoğanın sözləri ilə desək, “PARALEL DÖVLƏT” İFŞA olunur. Lakin Elnur Aslanovun “Gülən camaatı” ilə bağlılığı aylar öncədən məlum olsa da hansısa səbəblərdən onunla bağlı qərar qəbul edilməmişdi. Ola bilsin ki, bunun üçün gözlənilən məqam yetişməmişdi. Və yaxud da hakimiyyətin analitikləri ifşa olunan bir şəbəkəni nəzarət altında saxlamaq, yeri gələndə onlardan hansısa məqsədlər üçün istifadə etmək niyyətində idi.

43796_src

Türkiyədə baş verən hadisələr vəziyyəti dəyişsə də çox güman ki, anası Rəbiyyət Aslanova müsahibə verərək E.Aslanovu “güclü siyasətçi” kimi təqdim etməsəydi, heç indi də ona toxunulmayacaqdı. Necə ki, yüksək vəzifə tutan “Hizmət hərəkatı”na bağlı digər şəxslərə toxunulmayıb…
Ancaq R.Aslanovanın “Elnurla bu barədə söhbət edəndə o, çox gözəl və məni sevindirən bir söz dedi. Söylədi ki, ana, sən bu məsələlərə qarışma, sənin öz mövqeyin var, orda çalışırsan, mənim də öz mövqeyim… Bilirəm ki, ona qarşı yönələn təhdidlərə sinə gələ bilən GÜCLÜ SİYASƏTÇİDİR. Ona görə də onun işinə qarışmıram” sözləri məlum qərarın qəbuluna yol açdı.
Nə isə, hər kəsə “keçmiş olsun” deyirik… (azpolitika.info)

43797_src

www.yenicag.az

719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv