!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ana "patı" çəkən sevgilisilə birlikdə uşağa DƏHŞƏT YAŞATDI - Dilini qoparıb -  FOTO / + 16

!Reklam – Yazi

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabından daha bir valideyn zorakılığına məruz qalmış uşaq haqqında paylaşım edib.

Yenicag.az xəbər verir ki, 5 yaşlı uşaq anası tərəfindən nənəsinin əvvəllər işlədiyi kafeyə aparılıb:

“İşçilər nənəyə zəng vuraraq uşağın vəziyyətinin ağır olduğunu dyiblər. Daha sonra uşaq xəstəxananın Travmatalogiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir”.
Azərbaycanda ana “patı” çəkən sevgilisilə birlikdə uşağa divan tutdu, dilini qopardı-FOTOZorakılığa məruz qalan 5 yaşlı uşaq

Kəmalə Ağazadə dünən xəstəxanada olduqlarını və Daxili İşlər Nazirliyinin tədqiqat apardığını qeyd edib:

“Bu gün nənə ilə də görüşdüm. Nənə uşağa bunu edənin qızı Səadət ilə sevgilisi Kamran adlı şərəfsizin olduğunu iddia edir. Uşağın bədənindəki siqaret izləri, gematomalar, dilinin qoparılması, gematomalardan toxumaların çürüməsi ağır işğəncələrdən xəbər verir. Uşaq da bildirir ki, anasının yanında sevgilisi Kamran onu döyüb və dilini dişləyib”.

İctimai Birlik sədri təhqiqat işinə müdaxilə etmək fikri olmadığını, amma Səadət və Kamran adlı şəxslərin suallarını cavablandırmaq üçün axtardığını qeyd edib.

Kəmalə Ağazadə son olaraq vurğulayıb ki, Səadət və Kamran psixotrop maddə olan “patı”dan istifadə edirlər./Lent.az/

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv