Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ana qızını küçədə atıb, qaçdı... - Məni ağacla döyürdü, yalvarırdım ki... Bakıda ŞOK olay

Reklam: High Technic

Yeniçağ.az-a daxil olan məlumata görə, 12 yaşlı qızı polislər küçədə tapıb və Azərbaycan Uşaqlar Birliyinə yerləşdiriblər.

Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq sığınacağı reinteqrasiya mərkəzinin koordinatoru Vasif Akifli xəbəri təsdiqlədi. Və Yeniçağ.az-a daha başqa faktlar söylədi:

“Məsələ ondadır ki, ( adlar şərtidir – red) Mahirə Novruzova adlı bir qadın qızı ilə ötən il yanvar ayının 25-də bizim sığınacağa üz tutmuşdu. Çox pis vəziyyətdə idilər. Biz xanımı və azyaşlı qızını qəbul etdik. Onların heç bir sənədi yox idi. Amma araşdırdıq ki, qadının qeydiyyatı Ağdaş rayonuna, uşağınkı isə Yevlax rayonunadır. Biz onların bütün sənədlərini bərpa etdik. İki ay reabilitasiya müddəti bitdikdən sonra qadın öz istəyi ilə sığınacaqdan ərizə yazıb çıxdı və qızını da götürüb, Rusiyaya gedəcəyini dedi. Və təəssüflər olsun ki, bir-iki gün əvvəl çox pis xəbər aldıq: o, qızını küçədə qoyaraq, qaçmışdı. Uşaq hazırda bizim sığınacaqdadır. Qadını hüquq-mühafizə orqanlarında axtarışa vermişik. Tapılıb, uşağını küçəyə atdığına görə cavab verməlidir. Uşaq əşya deyil ki, istədiyin vaxt, istədiyin yerə buraxıb gedəsən. Arxayın olasan ki, kimlərsə ona baxacaq və ya himayələnib götürəcək”.

Vasif Akiflinin sözlərinə görə, qadının həyat yoldaşı ilə nikahı qeyri-rəsmi olub:

“Biz ondan həyat yoldaşı barəsində maraqlananda dedi ki, ərinin psixoloji problemləri olub, ona görə də ayrılıblar. Hətta keçən il onların sənədlərinin rəsmiləşməsinə şəxsən özüm getmişəm. Qeydiyyat şöbələrinə ünvanladığımız məktublar da var, onların yeni sənədlərinin nüsxələri də qalıb. Hətta qadının ailə məsələlərinə görə Ağdaş Rayon İcra Hakimiyyətinə də qəyyumluq üçün müraciət etmişik”.

Azyaşlı Leyla ilə də həmsöhbət olan zaman anası tərəfindən çölə atıldığını və səbəbini bilmədiyini dedi:

“O yaxşı ana olsaydı məni küçələrə atıb, çıxıb getməzdi. Mən ona yalvardım atmasın, ancaq o eşitmədi. Anam məni atıb getdi. Çox darıxıram, ancaq bura mənə rahatdır. Vaxtı-vaxtında yemək yeyirəm, uşaqlarla oynayıram, anamın yanında qalmaq istəmirəm. Çünki anam məni ağacla döyürdü, şillə vururdu, qarnım ac qalırdı. Mən məni döyməyən, qucaqlayan, öpən ana istəyirəm”.

Sonda balaca qızcığaz öz arzularından da danışdı:

“Anam məni təhsil almağa imkan verməyib. Ən böyük arzum təhsil alıb, müəllimə olmaqdır”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

335