!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ana qızlarının yeməyinə narkotik qatdı

!Reklam – Yazi

ABŞ-ın Kanzas Siti şəhərinin sakini qızlarını səhvən narkotiklə qidalandırıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səhər yeməyi zamanı uşaqlarına hazırladığı xörəyə vanil ekstraktı əlavə etmək istəyib. Lakin ana vanil əvəzinə oxşar qabda olan narkotik maddəni yeməyə qatıb.

Səhər yeməyindən sonra uşaqlar özlərini pis hiss etməyə başlayıblar. Nəticədə, 16, 15 və 14 yaşlı qızlar dərhal xəstəxanaya çatdırılıblar. Məhz həkimlərin yoxlamasından sonra ana inanılmaz səhvə yol verdiyini başa düşüb.

Həkimlərin sözlərinə görə, hazırda uşaqların vəziyyəti sabitdir. Lakin yerli polis hadisə ilə bağlı istintaqa başlayıb. Uşaqların həqiqətən qəza nəticəsində narkotik qəbul edib-etmədiyi araşdırılır. Qadın həmin narkotik maddənin evinə keçmiş həyat yoldaşının qohumları tərəfindən gətirilməsindən şübhələnir.

www.yenicag.az

3979
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv