ABŞ-da ana sevgilisi ilə əlbir olaraq, öz oğlunu öldürüb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Pearl Fernandes adlı 34 yaşlı qadın 8 yaşlı oğlunun homoseksual olmasından şübhələnməyə başlayıb. O, 37 yaşlı sevgilisi İsauro Aqirre ilə əlbir olaraq, oğlanı öldürməyə qərar verib. Cütlük Qabriel Fernandes adlı uşağı işgəncələr verərək öldürüblər. Belə ki, o, 8 ay sürən işgəncələrdən sonra dünyasını dəyişib.
Aparılan istintaq tədbirləri zamanı olanları etiraf edən cütlük ömürlük həbs cəzası alıblar.