Rusiya Ukraynada rus əsgəri ana söyüşü söydüyü üçün qalib gələ bilmir.
Yenicag.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Rus Pravoslav Kilsəsinin Rusiyanın Xüsusi Əməliyyat Zonası adlandırdığı ərazidəki (Ukraynanın işğal altındakı əraziləri – red.) baş keşişi Dmitri Vasilenkov deyib.
“Özləri şərə və günaha bulaşan adamlar qlobal şərə qalib gələ bilməzlər. Biz özümüz həqiqət döyüşçüsü olmağa nə qədər layiqik? Cəbhədə söyüşlər var, insanlar günaha vərdiş ediblər. Bu bədbəxtliyin öhdəsindən gəlmək üçün xalqın mənəvi inkişafı lazımdır. Lakin rus söyüşü təkcə rusiyalıların əksəriyyətinin yox, həm də keçmiş SSRİ xalqlarının gündəlik mədəniyyətində o qədər kök atıb ki, hansısa mənəvi sıçrayışa ümid etməyə dəyməz”, – o bildirib.