!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ana və 3 uşağını maşın vurdu - Mingəçevirdə

!Reklam – Yazi

Mingəçevirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Kür çayı üzərindən keçən körpüsü üzərində baş verib.

“VAZ-2101” markalı avtomobil ananı və 3 azyaşlı övladını vuraraq ağır xəsarət yetirib.

Bunlar Mingəçevir şəhər sakinləri – 2013-cü il təvəllüdlü Orucov Elmin Elməddin oğlu, 2010-cu il təvəllüdlü Orucova Yağmur Elməddin qızı, 2008-ci il təvəllüdlü Orucova Duyğu Elməddin qızı və Orucova İbadətdir.

Yaralılar hadisəni törədən sürücü və digər şəxslər tərəfindən xəstəxanaya yerləşdirilib. İ.Orucovanın vəziyyəti ağırdır.

İlkin məlumata görə, hadisə sakinlərin körpünün piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv