!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ana və 4 aylıq oğlu faciəvi şəkildə ölüb - YENİLƏNİB

!Reklam – Yazi

Gəncədə anasının qucağında avtomobillə vurulan körpə uşaq ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Yeni Gəncə qəsəbəsində avtomobillə vurulan 4 aylıq oğlanın həyatını xilas etmək mümkün olmayıb. Onun anası, 1993-cü il təvəllüdlü Dilarə Bağırova isə aldığı xəsarətdən hadisə yerində ölüb.(APA)

***
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü Hüseynov Ramin Yusif oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlan uşağını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılıb.

Qeyd edək ki, “Mercedes” qadını və onun uşağını vurduqdan sonra “Daewoo” markalı avtomobilə çırpılıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv