Rusiya Federasiyasının Tatarıstan Respublikasında baş verən yanğında 5 uşaq ölüb.
Hadisə yanvarın 9-da gecə saatlarında Stariy Kuvak kəndindəki fərdi evdə baş verib.
Yanğının söndürülməsinə 14 texnika, 36 yanğınsöndürən cəlb olunub. Yanğın söndürüldükdən sonra hadisə yerində 5 uşaq və ev sahibəsinin meyiti aşkar edilib.
Tatarıstan polisi hadisənin baş vermə səbəbini araşdırır.