Yolu keçmək istəyən ana və azyaşlı oğlunu “KamAZ” vurub.
Yenicag.az xəbər verir ki, hadisə Rusiyanın Soçi şəhərində baş verib. Sürətlə hərəkət edən Kamaz piyada keçidindən keçməyə hazırlaşan ana və oğlunu əzib. Məlumata görə, 32 yaşlı sürücü yol qaydalarını pozaraq, qırmızı işıqda keçib. Ağır bədən xəsarətləri alan 43 yaşlı ana və 8 yaşlı oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.